Xaricdəki qohumlar
Mühacirətdə, təhsildə və ya işdə olan yaxınlar dünyanın istənilən yerindən toya qoşulur.
Toyların canlı yayımı
Toya gələ bilməyən yaxınlarınız bir linklə canlı yayıma qoşulur və bu özəl gündə sizinlə birlikdə olur. Qeydiyyat yoxdur, tətbiq yükləmək lazım deyil.
Uzaqda olsan da, yanımızdasan.
Tanış vəziyyətdir?
Xaricdə yaşayan bacı, vizası çıxmayan əmi, yolu uzaq nənə, həmin gün növbədə olan dost…
Onlar üçün toy sonradan WhatsApp-da gələn bir neçə qısa video və şəkil olaraq qalır. Toyabax bu boşluğu doldurur.
Boş qalan yerlər, darıxan ürəklər
Kimlər üçündür
Mühacirətdə, təhsildə və ya işdə olan yaxınlar dünyanın istənilən yerindən toya qoşulur.
Yaşlı, xəstə, uzaq şəhərdə yaşayan və ya həmin gün işdə olan doğmalar evdən izləyir.
Toyu onlayn yayımlayıb linki dostlara, iş yoldaşlarına, tanışlara göndərin. Bu qədər sadə.
Necə işləyir
Tarix və detallar müəyyənləşən kimi toy sistemdə yaradılır. Link elə həmin an işləyir.
Linki istədiyiniz adama göndərin. Toy gününə qədər qonaqlar geri sayımı görür.
Operatorumuz gəlir və ya videoqraf enkoderi mikserə qoşur. Zal ekranlarındakı görüntü birbaşa efirə çıxır.
Linki olan hər kəs toyu canlı izləyir, şəkillərə baxır və onları yükləyir.
İmkanlar
Zaldakı ekranlarda nə göstərilirsə, qonaqlar da onu canlı görür.
Yayıma yalnız kodu bilən qonaqlar qoşulur. Toy özəl qalır.
Qonaq linkə toxunur və izləyir. Telefon, planşet, kompüter, hətta WhatsApp-ın içindən.
Çəkilən şəkillər toy ərzində avtomatik yüklənir. Qonaqlar baxır və yükləyir.
İnternet bir anlıq kəsilsə, qonaqlar gözəl fasilə ekranı görür və yayım özü bərpa olunur.
Toydan sonra yaxınlar yayımı yenidən izləyə bilir, cütlük isə yazını özündə saxlayır.
Canlı albom
Toy ərzində çəkilən şəkillər avtomatik olaraq platformaya yüklənir. Xaricdəki xala elə həmin gecə şəkillərə baxır və istədiyini yükləyir. Gözləmə, flaşkart, ayrıca göndərmə yoxdur.
Videoqraflar üçün
Onsuz da zal ekranlarına görüntü verirsiniz. Biz sadəcə həmin siqnalı götürürük. Əlavə kamera və ya montaj lazım deyil.
Toy günü işçimiz gəlir və yayımı özü qurur. Siz işinizlə məşğul olursunuz.
OBS, Larix, ATEM Mini, YoloBox və ya istənilən RTMP/SRT enkoder. Server və açarı daxil edirsiniz, vəssalam.
Tərəfdaşlıq
Ailə üçün isə ən vacibi: heç kim kənarda qalmır.
Suallar
Xeyr. Qonaq linkə toxunur və izləməyə başlayır. Toy PIN-kodla qorunursa, sadəcə kodu daxil edir.
Telefon, planşet və kompüterdə, adi brauzerdə. Linki WhatsApp-da açsanız, elə oradan da izləmək mümkündür.
Qonaqlar qısa fasilə ekranı görür. Bağlantı bərpa olunan kimi yayım avtomatik davam edir.
Bəli. Yaxınlar müəyyən müddət ərzində yayımı təkrar izləyə bilir, cütlük isə toyun yazısını öz linki ilə saxlayır.
Bir toy üçün bir dəfə ödəniş edilir. Qiymət izləyicilərin sayından asılı deyil.
Enkoderi mikserə qoşub server və açarı daxil etməsi kifayətdir. İstəsəniz, bizim operator gəlib hər şeyi özü qurar.
Əlaqə
Toyunuzu yayımlamaq və ya tərəfdaş olmaq istəyirsiniz? Məlumatlarınızı yazın, sizinlə əlaqə saxlayaq.